Unuttuq tarixi öten zamanı Unuttuq toprağa tökülen qanı Unuttuq ferqini yaxşı yamanı Bağışlama bizi Veten. Görsekte köksüne batan qılıncı Başımız altına qoyduq balıncı Doğrandın bölündün sen xıncım xıncım Bağışlama bizi Veten. İşimiz peşemiz oldu ahu-zar Feryat sesimizden felekte bezar Ölmemiş senin üçün qazıdıq mezar Bağışlama bizi Veten. Aldattı divleri çox bilmiş cırttan Ayıra bilmedik quzunu qurttan Hamı candan ketçi biz ise yurttan Bağışlama bizi Veten. Yağıya yedirttik gözün yağını Yandıra bilmedik kör çırağını Quşlardan alırıq ses sorağını Bağışlama bizi Veten. Seni esir iken qoymuşuq darda Cengaver ruhumuz hardadır harda Qoynuna gelmedik off bu baharda Bağışlama bizi Veten. Güneş içimizde eyleyib qurub Serhedsiz sebrimiz illeri yorub Yollar yetim kimi boynunu burub Bağışlama bizi Veten. Hesretten yanıbdır o qara bağrın Ağlamaqdan kördur neçe bulağın Axır yarasından qan Qarabağın Bağışlama bizi Veten. Qefese salıblar quş qelbimizi Didir peşimanlıq qaş qelbimizi Qebir daşı eyle daş qelbimizi Bağışlama bizi Veten. Heleki vicdanlar qoyulub dince Köksünü ötürür meğrur elince Senin ayağına biz gelmeyince Bağışlama bizi Veten . Resmiye Sabir, Azerbeýjanly şahyr.

Köneler, acharsoz tarapyndan 1 year ago
Teswir ýazmak üçin Içeri gir